Bulvarda maarifləndirici bilbordlar yerləşdirildi

  • By admin
  • 29 Mart 2020 23:10

Bu gündən bütün Bulvar boyunca xəbərdaredici və maarifləndirici bilbordlar yerləşdirilib.

Gununsesi.org Dənizkənarı Bulvar İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, bilbordlarda “Evdə Qal” çağırışı, maarifləndirici məlumatlar, gigiyenik qaydalar, xəstəliyin simptomları, küçədə davranış üzrə təlimatlar yer alıb.

Lövhələr əsasən, piyada keçidləri və avtobus dayanacaqları istiqamətində yerləşdirilib.

Ümumilikdə bütün çıxışlarda və ya çıxışlararası ərazilərdə 34 bilbord yerləşdirilib.