
Hər bir gəncin xəyalı özünə uyğun biri ilə ailə həyatı qurmaqdır. Lakin elə adət-ənənələr vardır ki, onlar gənclərin rahatlığına mane olur, onları bir-birindən uzaqlaşdırır.
Gununsesi.info dünyanın müxtəlif yerlərində mövcud olan ən qəribə toy adətlətini oxucularına təqdim edir.
Pakistan
Pakistanda kürəkənliyə namizəd ailənin böyükləri tərəfindən sınaqlardan keçirilir. Onu ağlabatmaz sözlər və hərəkətlərlə təhqir edirlər. Əgər kürəkənliyə namizəd bunlara dözərsə, ailə öz qızını ona verməyə razı olur.
Guam
Guamda bakirə qızların evlənməyi qadağandır. Buna görə də qızlar evlilikdən əvvəl öz bəkarətlərini pul verərək pozdururlar.
Moritaniya
Burada evlənən qızlar ən az 100 kq olmalıdır. Olmasa həmin gəlin cəzalandırılır.
Kolumbiya
Bu ölkədə gəlinin anası ilk gecəyə şahidlik edir.
Hindistan
Hindistanda gəlin və bəy üçün müqəddəs hesab olunan od qalanır. Odun yanına isə oturacaq qoyulur. Kim ürəkli olub orada oturarsa, evdə onun sözünün keçəcəyinə inanılır.
Şimali Koreya
Şimali Koreyada evlənənlər əvvəllər arxalarına qaz, yaxud ördək bağlayaraq at üzərində gəlinin evinə gedirmişlər. İndi bu adət qismən saxlanılıb. Belə ki, gəlinin evinə simvolik qaz aparılır.
Bosniya və Hersoqovina
Burada elçilik zamanı bəyə duzlu qəhvə verilərsə bu, rədd cavabıdır. Şirin qəhvə isə müsbət cavabı ifadə edir.
Gununsesi.info












