Burada silahlar sınaqdan keçirilir, insanlar məhv edilir, qiyamət gününə hazırlıq gedir - DÜNYANIN ƏN SİRLİ YERLƏRİ

  • By admin
  • 10 Fevral 2018 23:06

“Olmaz” kəlməsi hər zaman güclü motivasiya qaynağıdır. Çünki qadağan edilən, icazə verilməyən şeylər həmişə daha çox diqqətimizi çəkir və onlara olan marağımızı birə-beş artırır.

Dünyada insanların girişinin qəti şəkildə qadağan edildiyi bir çox yer var.

Gununsesi.info girə bilməyəcəyimiz sirli yerlər haqqında məlumatı təqdim edir:

Mt.Weather

Virciniya ştatında inşa olunmuş nəhəng tikili ABŞ-ın fövqəladə vəziyyətlər üçün nəzərdə tutulmuş mərkəz rolunu oynayır. Gedərək böyüyən ərazi 1979-cu ildən FEMA (Federal Emergency Management Agency) tərəfindən idarə olunur. İçində nələrin olduğu, nələrin baş verdiyi müəmma olaraq qalır. Uzun illər gizli saxlanan Mt.Weather ərazisində bir təyyarənin qəzaya uğramasından sonra belə bir mərkəzin mövcud olduğunu dövlət ictimaiyyətə açıqlamağa məcbur olub.

 

Şimali Sentinel adası

Bəzən insanlara hansısa yerə getməmək məsləhət görülür. Hind okeanındakı Şimali Sentinel adası da girişin qadağan edildiyi təhlükəli ərazilərdəndir. Əvvəla, adanın sahilləri çox ölümə səbəb olub. İkincisi isə buranın əhalisi tolerant deyil, başqa yerlərdən gələnlərə qarşı əzazil davranırlar. İllər öncə ora edən bir qrup balıqçı qəbilə üzvləri tərəfindən xüsusi amansızlıqla öldürülmüşdü.

 

Jiangsu Beynəlxalq Təhlükəsizlik Muzeyi

Bu muzeyə yalnız Çin vətəndaşları girə bilir. Əgər Çin vətəndaşlığınız yoxdursa, içəri bir addım atmağınız mümkün deyil. Buna səbəb isə muzeydə Çinin bütün casusluq tarixinə dair məlumatlar var. Bu səbəbdən əcnəbilərin muzeyə girişi qəti qadağandır.

 

Club 33

 

Dünyanın sirli yerlərindən biri də Disneylenddə yerləşən Club 33-dür. Bu lüks məkana yalnız çox etibar etdikləri və varlı insanların girişinə icazə verirlər. Gizli girişin mövcud olduğu kluba daxil olmaq üçün 25 min dollar ödəmək lazımdır.

 

Pine Gap

ABŞ-ın ən mühüm dövlət sirlərinin saxlandığı Pine Gap Avstraliyada yerləşir və iki dövlət tərəfindən birgə idarə olunur. Əraziyə nəinki girmək, hətta yaxınlaşmaq mümkün deyil. Əks halda, silahlı əsgərlər həmin insanı məhv edir. ABŞ-ın mühüm əhəmiyyət kəsb edən pilotsuz təyyarələrinin uçuşa Pine Gap-dan başladığı iddia olunur.

 

Mezhgorye

Mezhgorye Ural dağlarının arasında qalmış gizli qəsəbədir. Soyuq müharibə illərində (1945-1990-ci illər) Rusiyanın nüvə araşdırmaları apardığı bu bölgəni indiyə qədər heç kim görməyib.

 

Dugway Proving Ground

Dugway Proving Ground ABŞ-a məxsus hərbi təsisatdır. Burada baş verənlər uzun müddət hər kəsdən gizli saxlanıb. Daha sonra isə bir qismi ictimaiyyətə məlum oldu. Ərazidə bütün növ silahların sınaqları aparılır. Hətta, iddialara görə, bəzi silahları sınaqdan keçirmək üçün hədəf olaraq insanları seçirlər.

 

Vivos One Europa

Qiyamət günündən sonra sağ qalmaq şansınız olsa, əlbəttə ki, yaşamaq üçün yerə də ehtiyacınız olacaq. Vivos One Europa məhz bunun üçün inşa olunub. Almaniyada iki dağın arasında tikilmiş yer o dərəcədə güclü qorunur ki, nəinki daxil olmaq, heç görmək şansınız da yoxdur. Bura yalnız sayılıb-seçilən ailələr qəbul ediləcək.

 

Room 39

Nəinki Şimali Koreyada yerləşən Room 39, eyni zamanda ölkənin özü başdan-ayağa müəmmadır. Sirli tikilinin içərisi olduqca qarışıqdır. 1970-ci illərdə ölkənin ən məxfi danışıqları məhz burada aparılıb. Room 39 Pxenyanda yerləşən hökumət binasının Komitə Bürosu 39-un üçüncü mərtəbəsinin 39-cu otağındadır.

Gununsesi.info