Burak Muradın Bakıya gəlməməsindən danışdı

  • By admin
  • 30 Noyabr 2017 21:46


Xəbər verdiyimiz kimi, Burak Özçivit Bakıda “Kardeşim benim 2” filminin qala gecəsinə qatılıb.

Axşam.az xəbər verir ki, aktyor filmin nümayiş olduğu zalları gəzib və media nmayəndələrinin suallarını cavablandırıb. O, Bakıya gəlməkdən məmnunluq hissi keçirdiyini bildirib:

“Bu, Bakıya üçüncü gəlişimdir. Buranı çox bəyənirəm. Bu dəfə filmdə dəyişiklik etdik. Ümid edirəm, bəyənəcəksiniz”.

Burak eyni zamanda ekran işində rol alan Murad Bozun gecəyə gəlməmə səbəbini də açıqlayıb. O, Muradın çəkilişləri olduğunu və bu səbəbdən gələ bilmədiyini vurğulayıb.

Gununsesi.info