“Bürokratları döymək istəyirəm” - Saakaşvili Ukraynada dövlətin mövcudluğunu itirdiyini açıqladı

  • By admin
  • 27 İyun 2020 21:43

Gürcüstanın keçmiş prezidenti və Ukraynanın İslahatlar üzrə Milli Şurasının hazırkı rəhbəri Mixail Saakaşvili bildirib ki, Ukraynada dövlət mövcudluğunu itirib, çünki onu məmurlar əvəz edib.

Gununsesi.org xəbər verir ki, bu barədə M.Saakaşvili “Ukraina-24” televiziyasının efirində danışıb.

O, bildirib ki, bəzi ukraynalı məmurlar mövcud olmayan dövlətin adından fəaliyyət göstərir və öz məqsədlərini güdürlər.

“Dövlət hər kəs üçündür, hər kəs üçün ədaləti təmin edir və hər kəsi qoruyur. Ukraynada belə şey mövcuddur?”, – deyə M.Saakaşvili bildirib.

O, etiraf edib ki, bəzən hərəkətlərinə görə Ukraynadakı iqtisadi vəziyyəti pisləşdirən bürokratları “silkələmək və döymək” istəyir.

 

 

Gununsesi.org