Bütün sosial ödənişlər yekunlaşdı

  • By Admin2
  • 27 Fevral 2025 14:33

Bu ilin fevral ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımların ödənişləri yekunlaşdırılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Qeyd edək ki, fevralın 11-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, fevralın 25-də isə bölgələrdə yaşayan şəxslərin pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Gununsesi.info