Buzovnada dənizdən qadın meyiti tapıldı

  • By admin
  • 14 Sentyabr 2016 20:45

b

Paytaxtda dənizdən qadın meyiti tapılıb.

HTML tutorial

Gununsesi.info xəbər verir ki, Xəzər Rayon Polis İdarəsindən verilən məlumata görə, bu gün saat 16 radələrində Xəzər dənizinin Buzovna qəsəbəsinə düşən sahilində suda boğulmuş naməlum qadın meyiti aşkar edilib.

Araşdırmalar zamanı meyiti tapılan şəxsin Buzovna qəsəbə sakini, 1969-cu il təvəllüdlü Həqiqət Məmməd qızı Mirzəyeva olduğu müəyyən edilib.

Ailəsinin verdiyi məlumata görə, H. Mirzəyeva səhər saatlarında evdən çıxıb və geri qayıtmayıb. Onun intihar etdiyi ehtimal edilir.

 

Gununsesi.info