Çəkdiyi toyun görüntülərini itirdi -QALMAQAL

  • By admin
  • 20 Sentyabr 2016 08:52

kamera

El şənliklərini çəkilişi və montajı ilə məşğul olan Tovuz sakini notbukunu itirib. Hansı ki, həmin notbukda 6 toyun videosu var idi.

İllərdir montajçı-operator olan Vasif Manafov notbuku Tovuzun Sarı Tala kəndinə toy çəklişinə gedərkən itirib.

Bu hadisə Vasif Manafovun başına sentyabrın 11-də gəlib. Çətin durumda olan 34 yaşlı Vasif Manafov bəzi toy sahiblərinin ondan çəklişi tələb etdiklərini, bəzilərin isə hələ ki, gözləmə mövqeyində olduğunu deyir.

Kompyuterin axtarışları davam edir. Bu məqsədlə həmin əraziyə gedən yola elanlar da vurulub.

İtən əşyada olan toy şənlikləri Tovuzun və Gədəbəyin dağ kəndlərində lentə alınıb. İlk dəfədir belə hadisə ilə üzləşən Tovuz sakini noutbuku tapan şəxs və şəxslərədən onu sahibinə təqdim etməyi qarşılığında  mükafat vercəyini bildirir.

“Xəzər Xəbər” mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: