Cəlal İsayev işdən çıxarıldı - AZƏRBAYCANIN YENİ BAŞ İNFEKSİONİSTİ TƏYYAR EYVAZOV OLDU

  • By admin
  • 07 Oktyabr 2020 15:47

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev vəzifəsindən azad olunub.

Nazirlikdən Gununsesi.info-ya verilən məlumata görə, bununla bağlı Səhiyyə naziri Oqtay Şirəliyev müvafiq əmr imzalayıb.

C.İsayev öz ərizəsi əsasında vəzifədən azad edilib.

Digər əmrlə, Təyyar Eyvazov Səhiyyə Nazirliyinin baş infeksionisti təyin olunub.

O, Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun yoluxucu xəstəliklər kafedrasının müdiri vəzifəsində çalışır.

 

 

Gununsesi.info