Cəlilabadda 28 yaşlı gənc döyülüb

  • Müəllif: admin
  • 07 Fevral 2018 19:32


Cəlilabad rayonunda 28 yaşlı gənc döyülüb.

“Report”un  məlumatına görə, rayon sakini 1990-cı il təvəllüdlü Cəfərov Azad Kamal oğlu tanıdığı şəxslə məlum olmayan səbəbdən dalaşıb.

Nəticədə A.Cəfərovun burnu sınıb. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info