Cəlilabadda yanğın hadisəsi qeydə alınıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Cəlilabad rayonu, Muğan kəndində vətəndaşa məxsus ümumi sahəsi 144 m2 olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin bir otağının aynabəndinin və dəhlizinin yanar konstruksiyaları 50 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gununsesi.info












