
Cəlilabad rayonunda yanğın qeydə alınıb.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Seyidbazar kənd sakini Feyzəl Abdullayevə məxsus ev qəfildən alışıb.
Dərhal hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin yanğınsöndürənləri və canlı qüvvəsi cəlb olunub. Vətəndaşa məxsus ümumi sahəsi 240 m2 olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları 216 m2 sahədə yanıb.
Evin bir otağı və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gununsesi.info












