
Cəlilabadda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report” xəbər verir ki, hadisə axşam saatlarında, Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ-21011” markalı avtomobil idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Nəticədə 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların şəxsiyyəti müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info












