Cəlilabadda bir avtomobil iki piyadanı vurub

  • By admin
  • 05 Yanvar 2018 22:30


Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Cənub bürosu xəbər verir ki, piyadalar “Mercedes” markalı minik avtomobili tərəfindən vurulub.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info