Cəlilabadda iki uşaq atası özünü asdı

  • Müəllif: admin
  • 25 Sentyabr 2017 19:15

intihar
Cəlilabad rayonunda iki uşaq atası intihar edib.

Gununsesi.info “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Dostəli kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini, 1974-cü il təvəllüdlü Mübariz Musa oğlu Şahbazov yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

 

Gununsesi.info