Cəlilabadda intensiv yağış fəsadlar törədib

  • By ilhame
  • 21 Mart 2024 22:36

Cəlilabad rayonunda intensiv yağış fəsadlar törədib.

 

Gununsesi.info-nun məlumatına görə, rayonun Göytəpə şəhərində yağış suları yaşayış binalarının həyətlərinə dolub.

 

Yağış suları müvafiq qurumun çirkab su daşıyan avtomobillərin ilə çəkilərək təmizlənib.

 

Hazırda bölgədə yağışlı hava şəraiti davam edir.

Gununsesi.info