Cəlilabadda kütləvi dava

  • Müəllif: admin
  • 24 Aprel 2018 15:42
Cəlilabad rayonunda kütləvi dava olub.
Gununsesi.info apa-ya istinadən xəbər verir ki, bir neçə şəxs arasında yaranan mübahisə sonradan davaya çevrilib.
Nəticədə rayonun Abazlı kənd sakini, 1986-cı il təvəllüdlü Dövlət Qürbət oğlu Alışov müxtəlif bədən xəsarətləri alıb.
Tanımadığı şəxslər tərəfindən döyülən D. Qüdrətov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.