Cəlilabadda naməlum kişi meyiti tapıldı

  • Müəllif: Ayshan
  • 19 Noyabr 2025 22:45

Cəlilabad rayonunda kişi meyitİ aşkarlanıb.

Gununsesi.info oxu.az-a istinadən xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində olan istifadəsiz binada qeydə alınıb.

Belə ki, binada orta yaşlı kişi meyiti tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info