Cəlilabadda yeniyetmə başından bıçaqlanıb

  • By ilhame
  • 30 Oktyabr 2023 22:31

Cəlilabad rayonunda yeniyetmə baş nahiyəsindən bıçaq xəsarətləri alıb.

Gununsesi.info-nun məlumatına görə, kəsilmiş-deşilmiş xəsarətləri alan rayon sakini, 2007-ci il təvəllüdlü Ə. Ə. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Müayinədən sonra məlum olub ki, yeniyetmə bıçaq vasitəsilə başın müxtəlif nahiyələrindən xəsarətlər alıb. Hadisənin 18 yaşlı həmkəndlisi ilə aralarında şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.

Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”a bildirilib ki, həmin əməli törətməkdə şübhəli bilinən Cəlilabad rayonunun Alar kənd sakini N.Ə. saxlanılıb. Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Gununsesi.info