Cəlilabadda bazarda yanğın baş verib.
Gununsesi.info APA-ya istinadən məlumat verir ki, hadisə Cəlilabad rayonu ərazisində yerləşən, “İran bazarı” kimi tanınan ərazidə qeydə alınıb.
Cehiz əşyaları satılan hissədə qeydə alınan yanğın artıq 4 mağazanı əhatə edib.
Hadisə yerinə yanğınsöndürən texnika və canlı qüvvə cəlb olunub.
Küləkli hava yanğının söndürülməsinə mane olur.
Yanğının başvermə səbəbləri hələlik məlum məlum deyil.
Gununsesi.info