Cənub-Şərqi Asiya ölkələri yaraqlılara qarşı mübarizəni gücləndirmək barədə razılığa gəldi

  • By admin
  • 30 İyul 2017 23:00

canibi

Artıq iki aydan çoxdur ki, Filippinin cənubundakı Mindanao adasında İŞİD yaraqlıları ilə hökumət qüvvələri arasında qanlı qarşıdurma davam edir.

Gununsesi.info-nun xəbərinə görə, həmin yaraqlılar qrupuna İndoneziyadan yeni dəstələrin qoşulduğu bildirilir.

NHK telekanalı isə məlumat yayıb ki, Cənub-Şərqi Asiyanın beş ölkəsi və Avstraliyanın antiterror əməliyyatlarına cavabdeh olan nazirləri vəziyyəti müzakirə etmək üçün İndoneziyanın Sulavesi adasında bir araya gəliblər.

Görüş zamanı yaraqlıların yerdəyişməsi ilə bağlı informasiya mübadiləsinin təşkili və onların hərəkətinin qarşısını almaq üçün sərhəd rejiminin gücləndirilməsi barədə razılıq əldə edilib.

Gununsesi.info