
Cənubi Koreya, ABŞ və Yaponiya Hərbi-Dəniz Qüvvələri Şimali Koreyanın sualtı gəmiləri ilə mübarizə aparmaq üçün dənizdə birgə təlimlərə başlayırlar.
Gununsesi.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyindən “Renxap” agentliyinə verilən məlumatda deyilir.
Qeyd olunur ki, 3 gün davam etməsi planlaşdırılan təlimlər Çedjudo adasının yaxınlığında keçiriləcək. Cənubi Koreya, ABŞ və Yaponiyanın bu təlimləri keçirməkdə məqsədi son zamanlar ardarda bir neçə dəfə ballistik raketləri sınaqdan keçirən Şimali Koreyanın təhlükəsinə, onun mümkün addımlarına effektiv cavab verməkdir.
Təlimlərdə 3 esmines iştirak edəcək: Cənubi Koreya tərəfində – “Kang Gam Chan”, ABŞ tərəfindən – “McCampbell” və Yaponiya tərəfindən – “Sawagiri”. Bundan başqa, təlimlər zamanı həmçinin, “Lynx” və “MH-60” vertolyotlarından, o cümlədən “P-3 Orion” təyyarəsindən də istifadə olunacaq.
Gununsesi.info











