Cənubi Koreya və ABŞ ordularının təlimləri başladı

  • By admin
  • 31 Oktyabr 2022 09:15

ABŞ və Cənubi Koreya Hərbi Hava Qüvvələrinin beş ildən sonra ilk böyük birgə təlimi başlayıb.

Gununsesi.info xarici KİV-lərə istinadla xəbər verir ki, təlimlərdə Cənubi Koreya Hərbi Hava Qüvvələrindən manevrlərdə F-35A qırıcıları, həmçinin F-15K və KF-16 təyyarələri də daxil olmaqla 140-a yaxın təyyarə iştirak edir. ABŞ Hərbi Hava Qüvvələri Yaponiyanın Okinava adasında yerləşən F-35B qırıcıları və EA-18 elektron döyüş təyyarələri də daxil olmaqla 100 texnika ilə təmsil olunur.

Qeyd edilir ki, təlimlərdə Avstraliya Hərbi Hava Qüvvələrinə məxsus çoxməqsədli nəqliyyat tankeri KC-30A da iştirak edəcək.

Gununsesi.info