İnzibati cərimələr və digər maliyyə tələbləri üzrə şəxsin məlumatlandırılması (bildiriş) vacib prosedurdur, lakin elektron sistemlərdə qeydiyyat da hüquqi nəticə yarada bilər.
Bu sözləri Gununsesi.info-ya hüquqşünas Rəşad Səfərov deyib.
O bildirib ki, burada ikivəziyyət var:
1. Bildiriş həqiqətən göndərilib, amma sən almamısan.
Yəni poçt, SMS və ya elektron kabinet vasitəsilə göndərilmiş sayılır. Üstəlik, qanun “göndərilmə”ni əsas götürə bilər, “oxunma” şərt deyil.
2. Bildiriş ümumiyyətlə göndərilməyib.
Bu halda prosedur pozuntusu ola bilər, cərimənin mübahisələndirilməsi mümkündür.
Burada vətəndaşın hüquqları cərimənin əsasını (protokolu) tələb etmək, bildirişin göndərilmə sübutunu tələb etmək, məhkəmədə qərara etiraz etmək, icra mərhələsində icranın dayandırılmasını tələb etməkdir.
Orxan












