Cəzaçəkmə müəssisəsində cinayət işi başlanılıb

Məhkumun cəzaçəkmə müəssisəsində ölümü ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Gununsesi.info -ya Baş Prokurorluğun Mətbuat xidmətindən məluumat verilib.

Belə ki, 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Sübhan Ağayevin cari il 28 fevralda ölməsi faktı ilə bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 293.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə ibtidai istintaq davam edir.

 

 

Gununsesi.info