Cahangir Hacıyevin əmlakı müsadirə olunur - Özünün və yaxınlarının evini polis mühasirəyə alıb

  • By admin
  • 14 Oktyabr 2016 18:40
caqa
Cahangir Hacıyevin və yaxınlarının evi polislər tərəfindən nəzarətə götürülüb.
Gununsesi.info musavat.com-a istinadən xəbər verir ki, bu barədə C.Hacıyevin yaxınları məlumat verib.
Məlumata görə, Cahangir Hacıyevə hökm oxunduqdan sonra onun metronun “İçərişəhər” stansiyasının yaxınlığında yerləşən mənzili polislər tərəfindən nəzarətə götürülb.
Həmçinin bacısı Əminə Hacıyevaya məxsus Mərdəkandakı bağ evi və anasından miras qalan evi nəzarətə götürülb.
C.Hacıyevin yaxınları bunun səbəbini bilmədiklərini deyirlər.
İlkin ehtimala görə, bu əməliyyat əmlakın müsadirə olunması ilə bağlıdır.
Qeyd edək ki, Cahangir Hacıyev məhkəmənin qərarı ilə bu gün 15 il müddətinə azadlıqdan məhrum edilib.
Gununsesi.info