Cahangiri: ABŞ sanksiyalarının son günlərindəyik

  • By admin
  • 24 Yanvar 2021 19:26

İranın Birinci vitse-prezidenti İsaq Cahangiri ölkəsinin ABŞ sanksiyalarının son günlərini yaşadığını söyləyib.

Gununsesi.info xəbər verir ki, Cahangiri bu barədə paytaxt Tehranda keçirilən neft sərgisindəki çıxışı zamanı danışıb.

O bildirib ki, ABŞ-ın sanksiyaları səbəbindən ölkənin xarici valyuta gəlirləri 100 milyard dollardan çox azalıb: “ABŞ sanksiyalarının son günlərindəyik. Qış bitdi, İran xalqını yaxşı günlər gözləyir. ABŞ-a qarşı mübarizə aparmaq əvəzinə hökumət qarşısında əngəl yaratmağa çalışanlara isə utanc qaldı”, – Cahangiri qeyd edib.

Sanksiyalara baxmayaraq neft satışlarının dayanmadığını söyləyən rəsmi nitqinə bu cür davam edib: “Son aylarda neft və neft məhsulları ixracatında rekord qırdıq. İranın neft ixracatını sıfıra endirmək istəyən Tramp bilməlidir ki, bu sahədəki ixracatımız əvvəlki illərə nisbətən dörd dəfə artıb”.

Gununsesi.info