Cahit Bağçı: “Bu qatar Azərbaycandan Türkiyəyə qurulan bir könül körpüsüdür” - YENİLƏNİB + FOTO/VİDEO

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı episentri Kahramanmaraş olan dəhşətli zəlzələdən zərər çəkənlərə Biləcəri dəmiryol stansiyasından qatarla yardım göndərilməsi ilə bağlı paylaşım edib.

“Bu qatar Azərbaycandan Türkiyəyə qurulan bir könül körpüsü, qardaş köməyidir”, – deyə səfir paylaşımında qeyd edib.

14:34

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Biləcəri dəmiryol stansiyasından Türkiyəyə 25 konteynerdən ibarət qatarla yardım göndərilib.

Gununsesi.info xəbər verir ki, tədbirdə ADY sədri Rövşən Rüstəmovun və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı da iştirak ediblər.

R.Rüstəmov jurnalistlərə açıqlamasında qeyd edib ki, bu vaxta qədər Türkiyəyə yardımlar hava və quru yolla göndərilirdi:

“Artıq dəmir yolu vasitəsilə də yardım göndərildi. Qardaş ölkəyə köməyin vaxtında çatdırılması üçün əlimizdən gələni edəcəyik”.