CAR-da dəhşətli yol qəzası - 18 ÖLÜ

  • By admin
  • 05 Yanvar 2018 08:20

Cənubi Afrika Respublikasında qatarın yük maşını ilə toqquşması nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

Gununsesi.info xəbər verir ki, insident nəticəsində 260 nəfər xəsarət alıb.

Qəza Hennenman və Krunstad şəhərləri arasında baş verib. Toqquşmadan sonra qatarın bir neçə vaqonu relsdən çıxaraq yanıb. Port Elizabet – Yohanesburq qatarında 713 sərnişin olub.

Gununsesi.info