Cavid Qurbanov Bakı–Tbilisi qatarında: Bundan gözəl nə ola bilər?

  • Müəllif: Firuzə
  • 25 May 2026 23:46

“Gürcüstanla çox gözəl münasibətlərimiz var. Bu gün də iki ölkə arasında qatarlar hərəkətini bərpa edir. Bundan gözəl nə ola bilər?”

Gununsesi.info xəbər verir ki, bu sözləri Bakı–Tbilisi qatarının ilk sərnişinlərindən olan Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, “Azərbaycan Dəmir Yolları” QSC-nin İdarə Heyətinin sabiq sədri Cavid Qurbanov deyib.

Cavid Qurbanov Azərbaycan və Gürcüstan dövlətləri arasında əldə olunmuş bu razılaşmanı sevinclə qarşıladığını bildirib, dünyanın ən gözəl qatarlarından birində səyahət etdiyi üçün xüsusilə Prezident İlham Əliyevə təşəkkür edib.

Xatırladaq ki, hazırda fəaliyyətə başlayan “Stadlar” qatarları məhz Cavid Qurbanovun Azərbaycan Dəmir Yollarına rəhbərlii etdiyi zaman alınıb.

Gununsesi.info