Cavid Qurbanov: “Məşqçini dəyişəcəyik…”

  • By admin
  • 12 Oktyabr 2016 23:30

cavid

Bu gün Milli Olimpiya Komitəsində Voleybol federasiyasına yeni prezidentin seçilməsi ilə bağlı iclas keçirilib. Gununsesi.info bildirir ki, gənclər və idman naziri Azad Rəhimov əvvəlcə sabiq prezident nəqliyyat naziri Ziya Məmmədovdan danışıb. Onun sözlərinə görə, Ziya Məmmədovun bu idmanın inkişafında xidmətlərinin əvəzsiz olub: “Federasiyada dəyişikliklərin aparılması ilə bağlı müzakirələr olub. Nəticədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun bu vəzifəyə seçilməsi məsləhət görülüb. Cavid Qurbanov daim idmançıların, voleybolçuların yanında olub, onlara dəstək verən insandır. Voleybolumuzun daha yüksək inkişafı hər birimizin arzusudur. Hədəfimiz isə, komandamızın 2020-ci ildə Tokyoda keçiriləcək Olimpiya oyunlarına vəsiqə qazanmasıdı”.

Daha sonra voleybol federasiyasının vitse-prezidenti Vaqif Əliyev çıxış edərək bu idman növündə son illlər görülmüş işlərin hesabatını verib.

Səs çoxluğu ilə voleybol federasiyasına prezident seçilən Cavid Qurbanov çıxışında qeyd edib ki, voleybol zəruri, ancaq çox çətin idman növüdür. Cavid Qurbanov : “Qarşıda, 2017-ci ildə Bakıda voleybol üzrə Avropa çempionatının final mərhələsinin püşkatması keçiriləcək. Bu çox məsuliyyətli və mötəbər tədbirə ciddi şəkildə hazırlaşmalıyıq. Təbii ki, məşqçi və digər məsələlərdə də dəyişikliklər olacaq”.