
Suriyada böhranının həlli yolu siyasi müzakirədən keçir.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Moskvada təşkil edilən üçtərəfli görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, ən önəmlisi Rusiya, Türkiyə və İranın birgə qəbul etidiyi qərarların tətbiq edilməsidir:
“Atəşkəsin bütün Suriya ərazisində təmin edilməsindən bəhs edirik. Burada İŞİD və Nüsrə Cəbhəsini nəzərə almırıq. Onlara qarşı mübarizəmiz davam edəcək. Amma rejim, müxaliflər, eləcə də xaricdən gələn Hizbullah kimi qruplaşmalar var. Bütün bu qruplara yardımların dayandırılması lazımdır. Əl-Bab ətrafında əməliyyat davam edir. Xaricdən gələn qrupların Menbici idarə etməsi qəbuledilməzdir”.
Gununsesi.info