Çavuşoğlu Rusiyaya qarşı sanksiyaları PİSLƏDİ

  • By admin
  • 11 Avqust 2017 15:30

movlud-cavushoglu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyaya qarşı tətbiq edilən sanksiyaları pisləyib.

Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar təkcə, bu ölkənin deyil, eyni zamanda digər ölkələrin də iqtisadiyyatına mənfi təsir edir.

“Türkiyə keçmişdə bu sanksiyalardan əziyyət çəkib. Odur ki, bizim qonşularımıza və yoldaşlarımıza tətbiq edilən sanksiyalar, bizim də iqtisadiyyata ziyan vurur. O baxımdan biz Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulmuruq. Ona görə də Ankara bütün problemlərin siyasi kompromis və dialoq yolu ilə həllinin tərəfdarıdır”- deyə, M.Çavuşoğlu bildirib.

Rusiya və ABŞ arasında gərginliyin artmasına gəldikdə isə M.Çavuşoğlu deyib ki, tərəflər bir-birini cəzalandırmaq niyyəti güdür: “Bu yaxşı olmayan nəticələrə gətirib çıxara bilər. Odur ki, problemlər dialoq yolu ilə həll olunmalıdır”.

Mürtəza

Gununsesi.info