Çayxana və polimer sexi yanıb 

  • By admin
  • 18 Sentyabr 2017 10:00

neft terminali yangin

Azərbaycanda bu gün bir neçə yanğın hadisəsi qeydə alınıb.  

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, Sabirabad rayonu, Suqovuşan kəndində ümumi sahəsi 18 m2 olan ərzaq mağazasının dam örtüyünün yanar konstruksiyaları və mağazaya bitişik ümumi sahəsi 78 m2 olan çayxananın yanar konstruksiyaları yanıb. Yanğın saat 07:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər bir yanğın hadisəsi isə Sumqayıt şəhərində baş verib. Belə ki, ümumi sahəsi 1500 m2 olan polimer istehsalı sexinin ərazisində 40 m2 sahədə polimer tullantıları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 08:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Anar

Gununsesi.info