“Çelsi”dən inamlı qələbə, “Mançester Yunayted” uduzdu – VİDEO

  • By admin
  • 20 Noyabr 2021 21:19

İngiltərə Premyer Liqasında 11-ci turun bəzi oyunları keçirilib.

Turun açılış matçında lider “Çelsi” səfərdə “Lester Siti”yə 3:0 hesabı ilə qalib gələrək öz mövqeyini möhkəmlədib.

Səfərdə “Uotford”un qonağı olan “Mançester Yunayted” qapısından dörd top buraxaraq, bunlardan yalnız birinin əvəzini çıxa bilib – 4:1.

Çempionatın üçücüsü “Vest Hem” də “Vuverhempton” səfərindən əliboş qayıdıb  – 1:0.

Turun daha bir maraqlı matçı “Liverpul”un əfsanəvi kapitanı Stiven Cerardın Premyer Liqada məşqçi kimi dübütü ilə yadda qalıb. “Aston Villa”nın sükanı arxasına keçən mütəxəssisin ilk qarşılaşması uğurlu alınıb. Onun klubu öz meydanında “Brayton”u iki cavabsız qolla yenib – 2:0

Gununsesi.info