Çempionlar Liqası: “Qarabağ”ın oyununa 22 500 bilet satılıb

  • Müəllif: Admin08
  • 29 Oktyabr 2025 21:55

Bakıda “Qarabağ” və İngiltərənin “Çelsi” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununa indiyədək 22 500 bilet satılıb.

Bu barədə Gununsesi.info-ya Ağdam klubundan məlumat verilib.

Qeyd edək ki, “Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

Gununsesi.info