
Çexiya məhkəməsindən Türkiyəni qızdıracaq qərar: TERRORÇU MÜSLİM SƏRBƏST BURAXILDI Terrorçu PKK-nın Suriya qanadı olan PYD-nin sabiq həmsədri, Türkiyədə son illər baş verən son partlayışlarda, terraktlarda əli olan, həmçinin, Abdulla Öcalan və Murat Karayılndan sonra Türkiyədə ən təhlükəli terrorçu sayılan Salih Müslim bu gün Praqa məhkəməsi tərəfindən sərbəst buraxılıb.
Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, belə ki, Türkiyə tərəfindən axtarışda olduğu üçün qaçıb Çexiyanın paytaxtı Praqa şəhərində gizlənən Müslim bugünlərdə Çexiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yaşadığı oteldə yatdığı yerdə yaxalanmışdı. Türkiyə rəsmiləri isə dərhal hərəkətə keçərək, Müslimin təhvil verilməsi üçün Cexiya dövləti və hökumətinə 3 ayrı müraciət göndərmişdi.Bu səbədən də, Müslimin Türkiyəyə, bunun əvəzində isə kürd terrorçu qruplara siyasi dəstək verdikləri üçün Türkiyədə həbs edilən iki çexiyalının öz ölkəsinə təhvil veriləcəyi gözlənilirdi.
Amma bu gün Praqa məhkəməsində cəmi bir neçə dəqiqəlik məhkəmə prosesindən sonra hakim Müslimin sərbəst buraxıldığını elan edib.
Hələlik Türkiyə və Çexiya rəsmiləri tərəfindən baş vermiş hadisə ilə bağlı heç bir açıqlama-reaksiya gəlməyib.
H. NİHAT
Gununsesi.info











