Çexiya prezidenti Miloş Zeman bu gün İrəvana səfər edəcək

  • By admin
  • 07 İyun 2016 13:11

mILOSH zEMAN

Erməni KİV-i xəbər verir ki, Ermənistan prezidentinin dəvəti ilə baş tutacaq səfər 3 gün davam edəcək.

Məlumata əsasən, Çexiya prezidenti səfər zamanı Ermənistan rəsmiləri ilə İrəvanda ikitərəfli, həmçinin Ermənistan və Aİ arasında münasibətləri, Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyəti müzakirə edəcək.

Çexiya prezidentinin səfəri zamanı ermənistanlı həmkarı Serj Sarkisyan, parlament spikeri Qalust Saakyan və baş nazir Ovik Abramyanla da görüşlər keçirməsi gözlənilir.  (Admiral.az)