Çexiyalı veteran xokkeyçi: “Rusiyalı oyunçularla olan müqavilələr dayandırmalıdır”

  • By admin
  • 26 Fevral 2022 22:19

Şimali Amerika Milli Xokkey Liqası Rusiyalı oyunçularla olan müqavilələri dayandırmalıdır.

Bu sözləri dünyaca məşhur sabiq çexiyalı xokkeyçi Dominik Qaşek öz “Twitter” səhifəsində yazıb.

“Hər bir idmançı təkcə özünü və klubunu deyil, həm də ölkəsini, onun dəyərlərini və hərəkətlərini təmsil edir. Bu, bir faktdır. Milli Xokkey Liqası bunu etməsə, Ukraynada həyatını itirənlərə görə dolayısı ilə ortaq məsuliyyət daşıyır”, – 56 yaşlı veteran xokkey ustası bildirib.

Gununsesi.info