Ceyhun Bayramov: Azərbaycan və Pakistanı möhkəm dostluq və tərəfdaşlıq bağlayır

  • Müəllif: Admin08
  • 24 Sentyabr 2025 20:33

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində pakistanlı həmkarı Məhəmməd İshaq Dar ilə görüşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan XİN başçısı “X” səhifəsində paylaşım edib.

“Azərbaycan və Pakistanı möhkəm dostluq və tərəfdaşlıq bağlayır”, – paylaşımda qeyd olunub.

Gununsesi.info