“Ceyms Bond” Gürcüstandakı seçkilərdə

  • By admin
  • 24 Oktyabr 2021 16:39

Tiflisdə naməlum şəxslər “Ceyms Bond” rolunun ifaçısı aktyor Daniel Kreyqin fotosunun əks olunduğu seçki plakatlarını asıblar.

 Gununsesi.info xəbər verir ki, bu barədə gürcü mətbuatı məlumat yayıb.

Kreyqin fotosuna “Avaralanmaq zamanı deyil” yazılıb.

Qeyd edək ki, yerli özünüidarəetmə orqanlarına seçkilərin ikinci turu oktyabrın 30-na təyin olunub.

 Gununsesi.info