
CHP lideri Kamal Kılıcdaroğlu bu gün Sivasda hərbi xidmətdə olan oğlu Kərəm Kılıcdaroğlunun andiçmə mərasiminə qatılıb.
Gununsesi.info “haberturk”ə istinadən xəbər verir ki, Kamal Kılıcdaroğlu andiçmə mərasiminə xanımı Selvi Kılıcdaroğlu, qızları və oğlu Kərəmin sevgilisi Mine Alşan ilə birgə qatılıb.
Andiçmə mərasimi zamanı hərbi paradda Kərəm Kılıcdaroğlunun anası Selvi kövrələrək göz yalarına hakim ola bilməyib və ağlayıb.
Andiçmə mərasimindən sonra açıqlama verən Kamal Kılıcdaroğlu övladı ilə qürur duyduğunu dilə gətirib: “Son dərəcə xoşbəxtəm. Oğlumu bir əsgər kimi görmək mənə çox böyük şərəf verdi”.
Kərəmin anası Selvi də övladı ilə yanaşı, bütün əsgərlərə can sağlığı və evlərinə sağ-salamat dönməsini arzuladı.
Kərəm Kılıcdaroğlu əsgərliyə bu ilin sentyabrın 15-də gedib. Onu hərbi xidmətə anası Selvi, bacısı Zeynəb və nişanlısı Mine Alşan yola salıb.




Gununsesi.info












