Cibindən narkotik vasitə çıxdı

  • Müəllif: admin
  • 30 İyun 2017 12:35

unnamed (1)

Gödəkçənin cibinin astarından tiryək çıxıb.

Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərində gömrük nəzarəti zamanı onun gödəkçəsinin cibinin astarından xalis çəkisi 0,181 qram olan narkotik vasitə – tiryək aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Anar
Gununsesi.info