Çilidə 6,3 maqnitudalı zəlzələ baş verib.
Gununsesi.info-nun “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.
Xidmətin məlumatına görə, zəlzələnin episentri Talka şəhərindən 116 km uzaqlıqda yerləşib.
Yeraltı təkanlar paytaxt Santyaqoda hiss olunub.
Dağıntılar və xəsarət alanlar haqda məlumat yoxdur.
Gununsesi.info












