Çimərlik futbolu üzrə Azərbaycan millisi Belarus, Litva və Türkiyə yığmaları ilə qarşılaşacaq

  • By admin
  • 26 İyun 2017 22:20

cimer

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası iyunun 28-dən iyulun 3-dək Belarusun Vitebsk şəhərində təşkil ediləcək beynəlxalq turnirdə iştirak edəcək.

Gununsesi.info xəbər verir ki, millimiz Belarus, Litva və Türkiyə yığma komandaları ilə qarşılaşacaq.

Turnir üçün millimizin heyətinə Elçin Qasımov, Anar Məhərrəmov, Renat Sultanov, Elvin Quliyev, Amid Nəzərov, Orxan Məmmədov, Asif Zeynalov, Ramil Əliyev, Sabir Allahquliyev, Əbdül Əliyev, Hikmət Bağırov və Comərd Baxşəliyev dəvət olunublar.

Gununsesi.info