Çimərlikdə avtoşluq edən gənc saxlanıldı - Video+Yenilənib

Sosial şəbəkələrdə çimərliklərin birində gənc oğlanın “VAZ 2107” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etməsinin görüntüləri yayılıb.

Gununsesi.info xəbər verir ki, sürücü avtomobili nəqliyyat vasitələri üçün nəzərdə tutulmamış qumluq ərazidə sürərək təhlükəli manevrlər edib. Çimərlikdə istirahət edən şəxslərin həyatına təhlükə yaradan avtomobilin sürücüsünün əməlləri geniş müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətindən saytımızın sorğusuna cavab olaraq bildirilib ki, görüntülərlə bağlı araşdırma aparılır: “Görüntülərdən məlumatlıyıq. Araşdırma aparılır. Nəticəsi barədə məlumat veriləcək”.

***

Xəzər rayonu ərazisində yerləşən çimərliklərin birində “Vaz 2107” avromobili ilə avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru Araz Əsgərli Gununsesi.info- ya bildirib ki, həmin şəxsin Lənkəran şəhər sakini 21 yaşlı Heydərzadə Rəşad Rövşən oğlu olduğu müəyyən edilib.

R. Heydərzadə polis əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3 (avtoxuliqanlıq) maddəsi ilə protokol tərtib olunub.

 

 

Gununsesi.info