Çimnaz Sultanovanın dəfn yeri məlum oldu: - Cənazəsi evinə aparıldı - Video

  • By Günel
  • 15 Yanvar 2025 22:51

Aktrisa Çimnaz Sultanovanın cənazəsi yaşadığı evə gətirilib.

Gununsesi.info Baku TV-yə istinadən xəbər verir ki, mərhumla vida mərasimi sabah Əmircan qəbiristanlığında olacaq.

Qeyd edək ki, aktrisa bağırsaq xərçəngindən dünyasını dəyişib.

Xatırladaq ki, Çimnaz Sultanova 15 yanvar 1982-ci ildə Bakıda anadan olub. “Vicdan haqqı”, “Sənə inanıram”, “Bayram axşamı” kimi bir sıra serial və filmlərdə rol alıb.

Qeyd edək ki, Çimnaz xərçəngdən əziyyət çəkirmiş. O, bu gün xəstəxanada dünyasını dəyişib. Onun bir oğlu var.

Ətraflı süjetdə:

***

Aktrisa Çimnaz Sultanova vəfat edib.

Gununsesi.info xəbər verir ki, aktrisa bağırsaq xərçəngindən dünyasını dəyişib.

Mərhum sabah dəfn ediləcək.

***

TƏBİB aktrisa Çimnaz Sultanovanın ölümü ilə bağlı açıqlama verib.

Gununsesi.info xəbər verir ki, qurumdan Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı tibb müəssisələrinə müraciət daxil olmayıb.

“Bununla bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınmayıb”, – TƏBİB-dən bildirilib.

Qeyd edək ki, aktrisa Çimnaz Sultanova yanvarın 15-də bağırsaq xərçəngindən vəfat edib. Bu gün onun doğum günü idi.