Çin dünyanın ən böyük aviasiya bazarı olacaq “Airbus”

  • By admin
  • 11 İyun 2017 23:45

cin-cinn

Asiya və Sakin okean hövzəsi ölkələri mülki aviasiya baxımından ən inkişaf edən bölgə olaraq qalır. Çin isə dünyanın ən böyük aviasiya bazarı olacaq.

Gununsesi.info Sinxua agentliyinə istinadən qeyd edir ki, bunu “Airbus”un rəsmisi Con Lihi şirkətin 2017-2036-cı illər üçün qlobal bazar proqnozlarını şərh edərkən deyib.

C.Lihi əlavə edib ki, təmsil etdiyi şirkət qarşıdakı 20 ildə dünyada 100-dən çox sərnişin yeri olan təyyarələrin sayının iki dəfə artaraq 40 mini ötəcəyini, sərnişin axınının isə hər il 4,4 faiz çoxalacağını ehtimal edir. Nəticədə bu müddətdə 35 minə yaxın yeni təyyarəyə ehtiyac yaranacaq ki, onların ümumi dəyəri təxmini 5,3 trilyon ABŞ dollar təşkil edəcək.

“Airbus”un proqnozlarına görə, qarşıdakı 20 ildə 530 min yeni pilota və 550 min mühəndisə ehtiyac yaranacaq.

Gununsesi.info