Çin Xalq Bankı rəqəmsal valyuta buraxmağa hazırlaşır

  • By admin
  • 26 Yanvar 2017 20:56

ada780cf-dde5-48b8-86f8-a742a0d8cb31

 

Çin Xalq Bankı (PBOC) rəqəmsal veksellərin sınağını müvəffəqiyyətlə həyata keçirib.

“Report”un “Caixin” agentliyinə istinadən verdiyi xəbərə görə, keçən ilin dekabr ayında başlayan sınaqlarda Çin Sənaye-Kommersiya Bankı, Çin Bankı və WeBank iştirak edib. Agentlik qeyd edib ki, rəqəmsal veksellerin sınaq emissiyası blokçeyn əsaslı rəqəmsal valyuta buraxmaq istiqamətində ilk addım sayılır.

Həmçinin yaxın zamanlarda rəqəmsal valyutalarla məşğul olan araşdırma institutunun açılması gözlənilir. Bu institutun kriptovalyutalarla yanaşı, blokçeyn araşdırmaları və “Biog Data” ilə məşğul olacağı bildirilib.

Qeyd edək ki, öz kriptovalyutasını buraxmaq barədə PBOC-un planları hələ keçən ilin əvvəlində məlum idi. Bu xəbər PBOC sədri Çjou Syaoçuan tərəfindən də təsdiqlənib.

 

Gununsesi.info