
Yadplanetlilərin varlığı haqqında fikirlər uzun əsrlərdən bəri kəskin ziddiyyətlərlə müşahidə olunan müzakirə mövzularından biridir. Qəti qərara gəlinməsə də bir çox insan onların mövcudluğuna inanır. Bir neçə gün əvvəl isə bu barədə elmi mülahizələrə yeni bir iddia da əlavə olunub. Belə ki, ötən günlərdə Çin yadplanetlilərin mövcudluğunu rəsmi şəkildə qəbul etdiyini açıqlayıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Çin NUO (Naməlum Uçan Obyekt) Federasiyasının rəhbəri, eyni zamanda sayılıb-seçilən alim kimi tanınan Şi-Li Sun yadplanetlilərlə bağlı maraqlı bir açıqlama verib. Əvvəlcə o bildirib ki, başqa planetlərdə yaşayan canlıların Yer kürəsinə gəlib getməsinin tarixi olduqca qədim dövrlərə gedib çıxır. Digər tərəfdən isə alim günü-gündən inkişaf edən texnologiyanın tərəqqisində yadplanetlilərin təsirinin olduğunu iddia edib. Şübhəsiz ki, Şi-Li Sunun bu fikri elm aləmində geniş müzakirələrə səbəb olacaq.
Tanınmış alimin gəldiyi qənaətdən sonra Çin hökuməti yadplanetlilərin varlığını rəsmi şəkildə qəbul etdiyini açıqlayıb.

Gununsesi.info











